Medianews.az
 “Xəyanətdən daha ağırını yaşamışam”
162 baxış

“Xəyanətdən daha ağırını yaşamışam”

Türkiyəli aparıcı və aktrisa Dəfnə Samyeli qatıldığı proqramda şəxsi həyatı ilə bağlı səmimi etiraflar edib.

Medianews.az xəbər verir ki, İzzet Çapanın təqdim etdiyi “Paşa Paşa Muhabbetler” verilişində qonaq olub.

Verlişdə Dəfnə Samyeli keçmiş münasibətlərində dəfələrlə xəyal qırıqlığı yaşadığını bildirib.

Onun sözlərinə görə, insanlara demək olar ki, etimadı yoxdur: “Qadın və ya kişi fərqi yoxdur, heç kimə güvənmirəm. İnsanlar güvəniləcək varlıqlar deyil”.

Aktrisa həm münasibətlərində, həm də dostluqlarında aldadıldığını vurğulayıb:

“Çox aldadılmışam, hətta aldadılmaqdan daha ağır şeylər yaşamışam. Həm qadın-kişi münasibətlərində, həm də dostlarım tərəfindən məyus edilmişəm”.

O, insanlardan gözlədiyi dəyəri görmədikdə məyus olduğunu da qeyd edib:

“İnsanlara verdiyim dəyərə qarşılıq görməyəndə inciyirəm”.

Medianews.az

Bizə qoşulun