Medianews.az
Yamal dünyanın ən yaxşı oyunçularını AÇIQLADI: Mbappe və Vinisiusla bağlı sözləri...
189 baxış

Yamal dünyanın ən yaxşı oyunçularını AÇIQLADI: Mbappe və Vinisiusla bağlı sözləri...

Lamin Yamal, ən yaxşı gənc idmançı kimi tanındığı Laureus dünya idman mükafatları mərasimində dünyanın ən yaxşı oyunçularından danışıb.

"Barselona"nın futbolçusu ən yaxşı gənc idmançı seçilib.

"Hər kəsin öz fikri var. Mən hələ gəncəm, hələ də öyrənirəm, amma bilirəm ki, artıq keyfiyyətli oyunçuyam. Özümü başqaları ilə müqayisə etməyi xoşlamıram - futbol mənim üçün bu deyil.

Hazırda Maykl Olise, Pedri, Harri Keyn, Dellan Rays və Rayan Şerki kimi bir çox inanılmaz oyunçu var".

Kilian Mbappe və Vinisius haqqında soruşulduqda, Yamal bu cavabı verib: "Mən onları dünyanın ən yaxşısı hesab etmirəm. Bəlkə də "Real" da oynadıqları üçün... amma hər kəs futbola fərqli baxır".

Bu mövsüm Yamal "Barselona"da 45 oyun keçirib, 24 qol vurub və 16 məhsuldar ötürmə edib. (lent.az)

Bizə qoşulun