Azərbaycanlı xanəndə və idmançı Pərviz Qasımov canlı efirdə səsləndirdiyi fikirlərlə diqqət çəkib.
Müğənni son illərdə toy məclislərinə daha az dəvət aldığını açıqlayaraq maraqlı etiraf edib.
Qasımov bildirib ki, 2023-cü ildən yarışlara qatılmağa başladıqdan sonra insanların ona münasibətində dəyişiklik hiss edib:
"2023-cü ildən yarışlara qatıldandan sonra məni toylara çağırmırlar. Mənə də maraqlı gəldi. Sənət öz yerindədir, mən məclisə yarış geyimində getmirəm ki...".
Xanəndə insanların onun haqqında formalaşdırdığı düşüncədən də gileylənib. O qeyd edib ki, bəziləri artıq onu yalnız idmanla əlaqələndirir:
"İnsanların fikrində o qalıb ki, niyə çağıraq? Bir məclisə qonaq qismində getmişdim, söz verdilər ki, sən də oxu. Oxudum, alqışlar dayanmadı. Toy yiyəsinə dedim ki, elə məni çağırardınız, başdan-ayağa oxuyardım da...".
Sənətçinin bu açıqlaması sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. Bir çox istifadəçi onun həm sənətdə, həm də idmanda uğur qazanmasının təqdirəlayiq olduğunu bildirib. Bəziləri isə toy sahiblərinin sənətçiyə qarşı yanaşmasının düzgün olmadığını qeyd edib.
Pərviz Qasımovun səmimi etirafı izləyicilər arasında müxtəlif fikirlər yaradıb.