Medianews.az
Yıldız Tilbe xəstə olmadığını
122 baxış

Yıldız Tilbe xəstə olmadığını yeni öyrəndi

Türk musiqisinin məşhur ifaçısı Yıldız Tilbe son sağlamlıq vəziyyəti ilə bağlı açıqlama verib.

Medianews.az Lent.az-a istinadən xəbər verir ki, həmişə yüksək qan təzyiqindən şikayətçi olan, özünü xəstə hesab edən məşhur nəhayət ki, xəstəxanaya gedib.

Hətta sənətçi bu qorxularına görə, bir müddət müayinə altında saxlanılmışdı. Onun təzyiqi ilə əlaqədar narahatlıqların olduğu bildirilmişdi və müalicə üçün tədbirlər görüldüyü bildirildi.

Tilbe sosial media hesabı vasitəsilə paylaşaraq yazıb ki, xəstə deyilmiş. Məşhur ifaçı bildirib:

“Əslində təzyiq xəstəsi deyilmişəm”.

Onun yaşadığı narahatlıq müəyyən vitamin çatışmazlığından qaynaqlanırmış. Tilbe paylaşımında bunları yazıb:

“Təzyiq xəstəsi deyilmişim. Bəzi vitaminlərim əskik imiş. Dərman istifadə edəcəyəm. Sağlamamı, səhnələrə qayıtmağı səbirsizliklə gözləyirəm. Hamınıza təşəkkür edirəm.”

Bizə qoşulun