Medianews.az
Yuxusuzluğun səbəbi bağırsaqlarda imiş
80 baxış

Yuxusuzluğun səbəbi bağırsaqlarda imiş

Yuxusuzluğun səbəbləri ilə bağlı yeni məqam diqqət çəkir. Məlum olur ki, problem təkcə stress və ya gündəlik rejimlə bağlı deyil, bəzən daha “gizli” faktorla – bağırsaqlarla əlaqəlidir.

Demokrat.az xəbər verir ki, həkimlərin fikrincə, bağırsaq mikrobiomunda baş verən dəyişikliklər yuxunun keyfiyyətinə birbaşa təsir göstərir. Faydalı bakteriyaların azalması yuxusuzluğa yol aça bilər.

"University College London Hospitals"ın somnoloqu Sara Maknillis bildirib ki, bağırsaq və beyin arasında güclü əlaqə mövcuddur. Onun sözlərinə görə, bakteriyaların balansı pozulduqda yuxu rejimi də dəyişir, eyni zamanda uzunmüddətli yuxu problemi mikrobioma mənfi təsir göstərərək bu prosesi daha da ağırlaşdırır.

Çin alimlərinin genişmiqyaslı araşdırması da bu fikri təsdiqləyir. Təxminən 387 min nəfərin iştirakı ilə aparılan tədqiqat göstərib ki, yuxu pozuntusu yaşayan insanlarda yeddi növ faydalı bakteriya daha az olur. Xüsusilə laktobakteriyaların azalması daha çox nəzərə çarpır.

Həkimlər izah edir ki, bu bakteriyalar qida liflərini parçalayaraq maddələr mübadiləsində və bağırsaq-beyin əlaqəsində mühüm rol oynayan maddələr istehsal edir. Yuxu çatışmazlığı isə əksinə, zərərli bakteriyaların artmasına şərait yaradır və vəziyyəti daha da çətinləşdirir.

Ekspertlər hesab edir ki, yuxusuzluqla mübarizədə yalnız rejim deyil, qidalanma və bağırsaq sağlamlığı da az rol oynamır. Bəzi hallarda problemin kökü məhz burada gizlənir.

Bizə qoşulun