ABŞ-nin Kentukki ştatında baş verən və 15 nəfərin ölümü ilə nəticələnən təyyarə qəzasının yeni görüntüləri yayılıb.
Medianews.az xəbər verir ki, görüntülər ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) tərəfindən ictimaiyyətə təqdim olunub.
Kadrlarda UPS-ə məxsus yük təyyarəsinin havaya qalxdıqdan bir neçə saniyə sonra sol mühərrikinin qoparaq alovlandığı görünür. Daha sonra idarəetməni itirən təyyarə yaşayış məntəqəsi yaxınlığında qəzaya uğrayıb.
Hadisə ötən ilin noyabrında Kentukki ştatının Louisville hava limanı yaxınlığında baş verib. Qəza nəticəsində təyyarədə olan 3 ekipaj üzvü və yerdəki 12 nəfər həyatını itirib.
İstintaq zamanı məlum olub ki, mühərriki qanada birləşdirən hissədə əvvəllər də çat problemi qeydə alınıb. Hazırda qəzanın dəqiq səbəbi araşdırılır.
Medianews.az