Vyetnamlı məşhur sosial media fenomeni An Thy ona leykoz diaqnozu qoyulduğunu açıqlayıb.
Medianews.az xəbər verir ki, TikTok-da 11 milyondan çox izləyicisi olan 23 yaşlı fenomen uzun illər sağlam olmayan həyat tərzi keçirdiyini bildirib.
An Thy paylaşdığı videoda demək olar ki, su içmədiyini, əvəzində gündə təxminən 5 stəkan şəkərli içki və müxtəlif latte növləri qəbul etdiyini deyib. O, gecələr səhərə qədər oyaq qaldığını və yuxu rejiminin tamamilə pozulduğunu etiraf edib.
Fenomen aylardır davam edən halsızlıqdan sonra xəstəxanaya yerləşdirildiyini və aparılan müayinələr nəticəsində ona leykoz diaqnozu qoyulduğunu bildirib. Müalicəyə başladığını deyən An Thy bir müddət sosial şəbəkələrdən uzaq qalacağını açıqlayıb.
Mütəxəssislər isə şəkərli içkilər və yuxusuzluğun leykoza birbaşa səbəb olmadığını, lakin qeyri-sağlam həyat tərzinin orqanizmə ciddi təsir göstərdiyini vurğulayıblar.
Medianews.az
