Medianews.az
18 yaşlı qız parkda asılmış halda tapıldı -
223 baxış

18 yaşlı qız parkda asılmış halda tapıldı - FOTO

Türkiyədə 18 yaşlı gənc qızın uşaq parkında ölü tapılması böyük rezonans doğurub.

Medianews.az xəbər verir ki, hadisə Malatyanın Yeşilyurt rayonunda baş verib.

18 yaşlı Beyzanur N.-nin meyiti uşaq parkındakı besedkada asılmış vəziyyətdə aşkarlanıb.

Məlumata görə, səhər saatlarında parka gələn sakinlər dəhşətli mənzərə ilə qarşılaşıb və dərhal polisə məlumat veriblər. Hadisə yerinə gələn tibb işçiləri gənc qızın həyatını itirdiyini müəyyən edib.

Beyzanurun meyiti ekspertiza üçün morqa aparılıb. Polis hadisənin səbəblərini araşdırır, faktla bağlı genişmiqyaslı istintaq başladılıb.

Medianews.az

Bizə qoşulun