Medianews.az
25 il gizli qaldı:
87 baxış

25 il gizli qaldı: meyitin başını kəsdi

ABŞ-də 57 yaşlı Benjamin Henson barəsində 92 yaşlı qadının meyiti ilə bağlı ağır cinayət işi üzrə hökm çıxarılıb.

Medianews.az xəbər verir ki, o, bir vaxtlar dəfn bürosunun direktoru işləyərkən kremasiya üçün gətirilən qadının meyitinə qarşı qeyri-insani davranış sərgiləyib.

Henson 92 yaşlı Eliz Pitersonun meyitini xəstəxanadan götürərək avtomobilə yerləşdirib və daha sonra onun başını kəsib. Hadisədən sonra başı əvvəlcə basdırılsa da, sonra başqa yerə atılıb, meyit isə kremasiya edilib.

İllər sonra tapılan kəllə sümüyü yalnız 20 ildən sonra identifikasiya olunub. İstintaq nəticəsində Henson 2025-ci ilin dekabrında saxlanılıb.

Keçmiş tabeliyində olanlar bildiriblər ki, 2001-ci ilin yayında o, tamamilə dəli olub və psixiatrik xəstəxanaya göndərilib. Hanson daha sonra işdən çıxarılıb.

Dindirmələr zamanı o, insanların başını kəsmək kimi obsesif bir istəyi olduğunu iddia edib. 

Məhkəmənin qərarı ilə o, 3 ay müddətinə azadlıqdan məhrum edilib. Hadisənin detalları isə geniş ictimai rezonans doğurub.

Medianews.az

Bizə qoşulun