Terapevt Andrey Zvonkova uşaqlıq dövründə formalaşan bəzi vərdişlərin gələcəkdə xərçəng riskini artıra biləcəyini bildirib.
Medianews.az xəbər verir ki, həkimin sözlərinə görə, ilk təhlükəli vərdiş mütəmadi olaraq fastfud qidaların qəbuludur.
Onun sözlərinə görə, belə qidalanma mədə-bağırsaq sistemində xroniki iltihab yarada bilər və uzun müddətdə qastrit, qastroduodenit kimi xəstəliklər fonunda bədxassəli şişlərin yaranma riskini artırır.
Mütəxəssis qeyd edib ki, ara-sıra fastfud yemək zərərli olmasa da, onun davamlı qəbulu orqanizmdə ciddi fəsadlara səbəb ola bilər.
İkinci riskli vərdiş isə həzm sisteminin selikli qişasının və ya dodaqların davamlı zədələnməsidir. Həkim bildirib ki, bu cür təkrarlanan travmalar toxumaların qoruyucu funksiyasını zəiflədir və xərçəng riskini yüksəldə bilər.
Medianews.az