Medianews.az
XƏBƏRDARLIQ:
76 baxış

XƏBƏRDARLIQ: Şirniyyatı birdən kəsməyin, təhlükəlidir

Nutrisioloq Svetlana Biryukova şirniyyatın qida rasionundan birdən-birə çıxarılmamasını, bunun tədricən azaldılmasını tövsiyə edib.

Medianews.az xəbər verir ki, onun sözlərinə görə, ən çox edilən səhvlərdən biri qida qəbulları arasında uzun fasilələrin buraxılmasıdır.

Bu isə əsəbilik, daxili gərginlik, yuxu problemləri və narahatlıq hissinə səbəb ola bilər.

Biryukova bildirib ki, şirniyyatın birdən kəsilməsi orqanizmdə stress yarada bilər, buna görə dəyişikliklər mərhələli şəkildə aparılmalıdır.

Mütəxəssis həmçinin qeyd edib ki, ara yeməklərdə meyvə və şirin batonlar əvəzinə yoqurt və ya pendirli tam taxıllı çörəkdən istifadə etmək daha faydalıdır.

Medianews.az

Bizə qoşulun