Bərdə rayonunda kanaldan meyit tapılıb.
Medianews.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qarağacı kəndinin ərazisindən keçən Yuxarı Qarabağ su kanalında baş verib.
Yevlax rayon sakini 2000-ci il təvəllüdlü Mahir Nadirovun üzərində zorakılıq əlamətləri görünməyən meyiti kanalda tapılıb.
Faktla bağlı araşdırma aparılır.