Medianews.az
Terror əməliyyatı:
117 baxış

Terror əməliyyatı: 209 nəfər saxlandı

İyulun 7-8-də keçiriləcək NATO Dövlət və Hökumət Başçıları Zirvəsi öncəsi Ankarada genişmiqyaslı antiterror əməliyyatı keçirilib.

Medianews.az xəbər verir ki, bununla bağlı Türkiyə mediası məlumat yayıb.

Ankara Polis İdarəsi və İl Jandarma Komandanlığının uzunmüddətli kəşfiyyat fəaliyyəti əsasında paytaxtın müxtəlif ünvanlarında eyni vaxtda əməliyyatlar təşkil olunub. Əməliyyat zamanı terror təşkilatları ilə əlaqədə şübhəli bilinən 209 nəfər tutulub.

Türkiyə paytaxtında keçiriləcək NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvəsində ABŞ Prezidenti Donald Tramp, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Mers də daxil olmaqla çoxsaylı dünya liderlərinin iştirakı gözlənilir.

Zirvə ərəfəsində Ankarada təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılıb. Hüquq-mühafizə orqanlarının şəhər üzrə nəzarət, kəşfiyyat və ictimai asayişin qorunması istiqamətində fəaliyyətini tədbir başa çatanadək gücləndirəcəyi bildirilib.

Medianews.az

 

Bizə qoşulun