ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlar çərçivəsində məktəbə edilən hücum böyük itkilərə səbəb olub.
Medianews.az xəbər verir ki, hava zərbəsi İranın Hörmüzqan əyalətinin Minab rayonunda yerləşən “Şahara Tayyibeh” ibtidai məktəbini hədəf alıb.
Hücum nəticəsində ümumilikdə 165 nəfərin həyatını itirdiyi bildirilir.
Qeyd olunur ki, həlak olanların böyük əksəriyyətini məktəbdə oxuyan qız şagirdlər təşkil edir. Hadisədən sonra Minab şəhərində dəfn mərasimlərinə hazırlıqlara başlanıldığı açıqlanıb.
Hücumdan sonra həyatını itirən şagirdlərin fotolarının sosial mediada yayıldığı bildirilir. Hadisə regionda və beynəlxalq ictimaiyyətdə ciddi rezonans doğurub.
Qeyd edək ki, ABŞ və İsrailin İrana qarşı başladığı hərbi əməliyyatlar Yaxın Şərqdə gərginliyin daha da artmasına səbəb olub.
Medianews.az