İranın dini lideri Ayətullah Əli Xameneinin ABŞ və İsrailin hücumları nəticəsində öldüyü barədə yayılan məlumatlar ölkə daxilində matəm və qəzəbə səbəb olub, xaricdə isə fərqli reaksiyalar doğurub.
Medianews.az xəbər verir ki, xüsusilə xaricdə yaşayan bəzi iranlılar hadisəni sosial mediada qeyd etməyə başlayıblar.
Məlumata görə, bir qrup iranlı ABŞ Prezidenti Donald Trampın məşhur rəqs hərəkətlərini təqlid edərək videolar paylaşmağa başlayıb. Qısa müddətdə bu paylaşımlar sosial mediada geniş yayılıb və “Tramp rəqsi” adı ilə trendə çevrilib.
Paylaşılan videolarda müxtəlif ölkələrdə yaşayan iranlıların Trampın rəqsini təqlid etdiyi görüntülər yer alır.
Trendin sürətlə yayılması Ağ Evin də diqqətini çəkib. ABŞ administrasiyasının rəsmi sosial media hesabında müxtəlif ölkələrdə yaşayan iranlıların “Tramp rəqsi” etdiyi görüntülərin yer aldığı paylaşım edilib.
Qeyd edək ki, İranın ən nüfuzlu siyasi və dini fiqurlarından hesab edilən Ayətullah Əli Xameneinin ölümü ilə bağlı xəbərlər regionda və beynəlxalq mediada geniş müzakirə olunur. Hadisə həm İran daxilində, həm də xaricdə fərqli reaksiyalar doğurmaqda davam edir.
Medianews.az