Medianews.az
Avropada böyük sərvət aşkar edildi
108 baxış

Avropada böyük sərvət aşkar edildi

Almaniyada yerin təxminən 4 kilometr dərinliyində böyük litium ehtiyatı aşkar edilib.

Metbuat.az xəbər verir ki, kəşf “RoLiXX” layihəsi çərçivəsində aparılan tədqiqatlar zamanı müəyyən olunub. Layihə yerin dərin qatlarında yerləşən duzlu sularda litiumun mövcudluğunu araşdırmağa yönəlib.Mütəxəssislərin bildirdiyinə görə, Şimali Almaniya hövzəsində, təxminən 300 milyon il əvvələ aid geoloji laylarda litium həll olmuş vəziyyətdə mövcuddur. İlkin hesablamalara əsasən, bu ərazidə təxminən 43 milyon ton litium karbonat ekvivalentində ehtiyatın olduğu ehtimal edilir.Qeyd olunur ki, litium 3-5 kilometr dərinlikdə, yüksək temperatur və duzluluğa malik yeraltı mayelərdə yerləşir. Lakin bu ehtiyatın hasilatı texniki baxımdan olduqca mürəkkəbdir.

Duzlu sularda müxtəlif mineralların olması temperatur və təzyiq dəyişiklikləri zamanı çökmə riskini artırır ki, bu da avadanlıqların işində problemlərə və səmərəliliyin azalmasına səbəb ola bilər.Bu səbəbdən alimlər yüksək duzluluq şəraitinə davamlı yeni texnologiyaların hazırlanması üzərində çalışırlar.

Bizə qoşulun