Medianews.az
Badamdarda sürüşmə təhlükəsi:
139 baxış

Badamdarda sürüşmə təhlükəsi: yol bağlandı

Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 20-ci sahə istiqamətində avtomobil yolunun keçdiyi ərazidə sürüşmə təhlükəsi yaranıb.

Bu barədə Medianews.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, daxil olmuş məlumata əsasən vəziyyət qiymətləndirilib və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə qeyd olunan yamacın aşağı hissəsindən keçən avtomobil yolunun müvəqqəti olaraq bağlanması barədə qərar qəbul edilib.

Bildirilib ki, hazırda yolda hər hansı problem müşahidə olunmur, ərazi nəzarət altındadır və yamacın yuxarı hissəsi nəzarətdə saxlanılır.

Bizə qoşulun