Medianews.az
Bahalı kosmetikaya ehtiyac yoxdur – Hər səhər limon və zeytun yağı için
75 baxış

Bahalı kosmetikaya ehtiyac yoxdur – Hər səhər limon və zeytun yağı için

Son illər təbii üsullara maraq artdıqca, dəriyə qulluq üçün ev şəraitində hazırlanan içkilər də populyarlaşıb. Sosial şəbəkələrdə və sağlamlıq platformalarında ən çox müzakirə olunan vasitələrdən biri isə limon suyu ilə zeytun yağının birgə istifadəsidir.

Milli.Az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu iki məhsul antioksidantlarla zəngindir və orqanizmə müəyyən faydalar verə bilər. Xüsusilə C vitamini ilə zəngin olan limon kollagen sintezində rol oynayır. Kollagen isə dərinin elastikliyini qoruyan əsas zülaldır və yaş artdıqca azalır.

Zeytun yağı isə tərkibindəki E vitamini və faydalı yağ turşuları sayəsində hüceyrələri sərbəst radikalların təsirindən qorumağa kömək edə bilər. Bu xüsusiyyətlər dərinin nəm balansının saxlanmasına və daha parlaq görünməsinə dəstək verə bilər.

Bəzi mənbələr səhər acqarına bir çay qaşığı zeytun yağına bir neçə damcı limon suyu əlavə edilərək qəbul edilməsinin həm həzm sisteminə, həm də dəriyə müsbət təsir göstərə biləcəyini bildirir. Bu üsulun müntəzəm tətbiq edildikdə ümumi sağlamlığa dəstək verə biləcəyi qeyd olunur.

Mütəxəssislər bildirirlər ki, C vitamini kollagen istehsalını stimullaşdıra bilər, zeytun yağı isə nəmləndirici xüsusiyyətə malikdir. Lakin "dərini 10 il cavanlaşdırır" kimi iddiaların elmi əsaslarının məhdud olduğu vurğulanır. Dərinin görünüşü genetika, həyat tərzi, qidalanma və günəşdən qorunma kimi bir çox faktordan asılıdır.

Bizə qoşulun