Cənubi Koreyanın Busan şəhərində ucaldılan “Şinsegae Centum City” ticarət mərkəzi memarlığın şah əsəri hesab edilir.
Medianews.az xəbər verir ki, 16 mərtəbəni əhatə edən möhtəşəm tikili yalnız ticarət mərkəzi deyil, həm də geniş yaşayış sahəsi təklif edir. Bildirilir ki, ticarətçilər buranı kəşf etmək üçün günlərlə vaxt sərfəli olurlar. 293900 kvadrat metrlik qapalı sahəsi ilə mərkəz 2009-cu ildə ABŞ-nin pərakəndə satış nəhəngi “Macys”i geridə qoyaraq Ginnesin Rekordlar Kitabına düşməyi bacarıb. “Şinsegae Centum City” o vaxtdan bəri lider mövqeyini qoruyub saxlayır.
“Şinsegae Centum City” yerli və qlobal nəhəng brendlərdən ibarət təxminən 700 mağazanı özündə birləşdirir. Ticarət mərkəzində alış-verişdən əlavə ziyarətçilər üçün müasir incəsənət qalereyalarından tutmuş buz meydançasına qədər geniş seçimlər yerləşir.