Medianews.az
Pula qənaət etmək üçün
104 baxış

Pula qənaət etmək üçün qəribə üsul seçdi

Böyük Britaniyada moda sənayesində çalışan Mia Makqrat, həddindən artıq az xərcləyərək 90000 avro qənaət etməyi bacarıb.

Medianews.az xəbər verir ki, o, gündəlik səhər yeməyi xərcini yumurta və çörəkdən ibarət 0,60 avro ilə məhdudlaşdırıb. O, yemək sifariş etmir, evdə özü qəhvə hazırlayır və həmişə su şüşəsi daşıyır. Kirayə və kommunal xərclərə qənaət etmək üçün ailəsi ilə yaşamağa davam edir. Mia Makqrat, ən ucuz kosmetik vasitələri seçir və paltarlarını yalnız ikinci əl mağazalardan alır. O, ictimai nəqliyyatdan istifadə etmək əvəzinə, mümkün olduqda piyada getməyə üstünlük verir.

Gəlirinin 50%-dən 70%-ə qədərini müntəzəm olaraq yığdığını bildirən MakQrat maliyyə savadlılığını öz səyləri ilə öyrəndiyini bildirib. Mia Makqratın məqsədi 15 il ərzində 1 milyon dollar qənaət etməkdir.

Bizə qoşulun