Medianews.az
Tanınmış hakim
101 baxış

Tanınmış hakim karyerasını yekunlaşdırdı

Türkiyəli FIFA hakimi Arda Kardeşler “Trabzonspor” – “Qaziantep FK” matçında verdiyi qalmaqallı qərardan sonra yaranan gərginliyin ardından aktiv karyerasını başa vurub.

Medianews.az xəbər verir ki, 38 yaşlı referinin istefasına sözügedən qarşılaşmada “Trabzonspor”un potensial qol vəziyyətini “zərbənin səhv yerdən vurulması” bəhanəsi ilə dayandırması səbəb olub.

Qeyd edək ki, bu qərar həm idman ictimaiyyəti, həm də TFF prezidenti İbrahim Hacıosmanoğlu tərəfindən sərt tənqidlərlə qarşılanıb və nəticədə Kardeşlerə uzun müddət oyun tapşırılmayıb.

Xatırladaq ki, hakimlik fəaliyyətinə son qoyan A. Kardeşlerin karyerasını bundan sonra harada davam etdirəcəyi müzakirə mövzusuna çevrilib.

Bizə qoşulun