Türkiyədə yaşayan aktrisa Məlahət Abbasova qızı Sude ilə bağlı paylaşım edib.
Medianews.az xəbər verir ki, aktrisa övladının fotosunu izləyiciləri ilə bölüşərək onun doğum günü olduğunu bildirib:
"Tam 20 il əvvəl həyatımıza Günəş kimi doğdun, gözəl qızım. Ad günün mübarək olsun, gözəl qəlbli şahzadəmiz. Sonsuza qədər həmişə sağlam, xoşbəxt və uğurlu ol, bir dənəmiz. Səni çox sevirik.Yaxşı ki doğuldun! Yaxşı ki, mənim qızımsan! Sən bizə Allahın bir lütfüsən. Qoy xoşbəxtlik səni sonsuza qədər heç vaxt tərk etməsin, səsin həmişə yüksəklərdən gəlsin. Sonsuza qədər üzün həmişə gülsün, canımız Sudemiz".
