Medianews.az
Qəza zamanı sürücülər bunu BİLMƏLİDİR:
106 baxış

Qəza zamanı sürücülər bunu BİLMƏLİDİR: Sığıorta mübahisəsi

Yol-nəqliyyat hadisələri zamanı ən çox müzakirə olunan məsələlərdən biri də sığorta ödənişləri ilə bağlı yaranan mübahisələrdir. Xüsusilə qəzanı törədən tərəfin icbari avtomobil sığortasının olmaması sürücülər arasında suallar doğurur: Bu halda zərəri kim ödəməlidir? Sığorta şirkəti imtina edə bilərmi?

Medianews.az bildirir ki,  məsələ ilə bağlı Oxu24.com-a danışan  vəkil Anar Məmmədov  bildirib ki, icbari avtomobil sığortası yalnız üçüncü şəxslər qarşısında mülki məsuliyyəti əhatə edir.

Onun sözlərinə görə, əgər qəzanı törədən taksi sürücüsünün icbari sığortası yoxdursa, zərərçəkənin öz sığorta şirkətinin ödəniş etmək öhdəliyi yaranmır. Çünki bağlanmış müqavilənin predmeti sığortalının başqasına vurduğu ziyanın qarşılanmasıdır, onun avtomobilinə dəyən zərərin deyil.

Vəkil vurğulayıb ki, əgər qarşı tərəfin sığortası mövcud olsaydı, dəymiş zərəri həmin sığorta şirkəti ödəməli idi. Sığorta olmadığı halda isə zərər birbaşa qəzanı törədən şəxsdən tələb olunmalıdır. Bu, razılaşma yolu ilə mümkün olmazsa, məsələ məhkəmə qaydasında həll edilməlidir.

Anar Məmmədov qeyd edib ki, belə vəziyyətdə sığorta şirkətinin imtina etmək hüququ var və zərərçəkən iddiasını birbaşa təqsirkar şəxsə yönəltməlidir.

Bizə qoşulun