Bakı-Ələt magistral yolunun Qobustan qəsəbəsindən keçən hissəsində körpü çöküb.
Medinews.az metbuat.az-a istinadla xəbər verir ki, hadisə bu gün saat 16 radələrində qeydə alınıb.
Belə ki, körpünün asfalt örtüyünün çökməsi nəticəsində yolda dərin yarıq yaranıb. Həmin an ərazidən keçən yük avtomobili idarəetməni itirərək yarığa düşüb. Hadisə magistralda nəqliyyatın hərəkətini tamamilə dayandırıb. Hazırda yolda kilometrlərlə uzanan tıxac müşahidə olunur.