Medianews.az
Bəhlulun Çin klubuna transferi
103 baxış

Bəhlulun Çin klubuna transferi baş tutmadı

Azərbaycan millisinin və "Qarabağ"ın oyunçusu Bəhlul Mustafazadənin Çinin "Şençjen Penq Siti" klubuna keçidi baş tutmayıb.

Medianews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, buna səbəb Asiya təmsilçisinin müdafiəçinin dərhal komandaya qoşulmasını istəməsi olub.

Belə ki, "Şençjen Penq Siti" rəhbərliyi 2+1 illik müqavilə razılığında B.Mustafazadədən Çempionlar Liqasında "Nyukasl"a qarşı keçirəcəkləri matçdan əvvəl Çinə gəlməsini istəyib.

Lakin futbolçu "Qarabağ"la İngiltərə klubuna qarşı ÇL matçlarında meydanda olmaq istədiyini deyib. Nəticədə tərəflər danışıqları dayandırıblar.

Bizə qoşulun