Bir neçə Avropa klubu komanda yoldaşı Aurelien Tçuameni ilə dava etdiyi üçün Federiko Valverdenin “Real Madrid”dən ayrılacağını gözləyir.
AS-ın məlumatına görə, 27 yaşlı futbolçunun potensial transfer qiyməti 100 milyon ilə 120 milyon avro arasında ola bilər.
Mənbənin məlumatına görə, 2025-ci ilin yayından bəri oyunçunu izləyən “Mançester Siti” Valverde ilə maraqlanır. Uruqvaylı futbolçunun özünün “Kral Klubu”ndan ayrılmaq istəmədiyi vurğulanır.
Bu mövsüm Valverde bütün yarışlarda 48 oyunda meydana çıxıb, 9 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2029-cu ilin yayına qədərdir. “Transfermarkt”dakı məlumata görə, onun bazar dəyəri 120 milyon avrodur./publik.az