Medianews.az
MMA döyüşçüsü uşaqları xilas edərkən
116 baxış

MMA döyüşçüsü uşaqları xilas edərkən həlak oldu

Qırğızıstanda qarışıq döyüş sənətləri (MMA) üzrə idmançı Medet Jeenaliyev iki uşağı xilas edərkən faciəvi şəkildə həyatını itirib.

Medianews.az xəbər verir ki, dəhşətli hadisə İssık-Kul gölünün şimal sahilində qeydə alınıb.

Çimərliklərin birində güclü külək və nəhəng dalğalar iki məktəbli qızı sahildən uzaqlaşdırmağa başlayıb. Boğulan qızların köməyinə dərhal üç kişi, o cümlədən peşəkar MMA döyüşçüsü Jeenaliyev atılıb.

Məktəbliləri xilas etmək mümkün olsa da, idmançı sudan çıxa bilməyib. İdmançının cəsədi xilasedicilər tərəfindən tapılıb. Bu gün Medet Jeenaliyevin nəşi dəfn olunmaq üçün Narin şəhərinə aparılıb.

Qeyd edək ki, Medet Jeenaliyevin 30 yaşı var idi. O, peşəkar MMA-da dörd döyüş keçirib, iki qələbə qazanıb və iki məğlubiyyət alıb. Qırğızıstanlı döyüşçü son görüşünü 2019-cu ilin avqustunda Həştərxanda keçirilən "Gorilla Fighting 16" turnirində keçirib və rusiyalı Makkaşarip Zaynukova uduzub. Buna qədər Jeenaliyev Moskva, Tolyatti və Nazran şəhərlərindəki turnirlərdə çıxış edib.//Milli.Az 

Bizə qoşulun