Medianews.az
Mbappe fitə basılmasına belə
141 baxış

Mbappe fitə basılmasına belə reaksiya verdi

“Real”ın hücumçusu Kilian Mbappe La Liqanın 36-cı turunda “Real Oviedo” üzərində qazanılan 2:0 hesablı qələbədən sonra azarkeşlərin reaksiyasına münasibət bildirib.

Medianews.az Publika.az-a istinadən xəbər verir ki, matç zamanı azarkeşlər heyətlər elan olunarkən baş məşqçini və futbolçuları fitə basıblar. Ən sərt reaksiya Alvaro Arbeloa, Kilian Mbappe, Vinisius Junior və Orelien Çuameni üçün olub. Fransalı hücumçu 69-cu dəqiqədə meydana daxil olarkən də tribunaların mənfi reaksiyası ilə qarşılaşıb.

“Azarkeşlərin fitə basması? Bu, normaldır. Qələbə qazanmayanda bunu qəbul etməlisən, bu normaldır. Bu, “Real”da da belədir, dünyanın istənilən klubunda da”, – deyə Mbappe bildirib.

Qeyd edək ki, fitə basılmasına baxmayaraq, Mbappe 80-ci dəqiqədə Cud Bellinqemin qoluna məhsuldar ötürmə verib.

Bizə qoşulun