Aprelin 30-da Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə Böyük Dəbilqə turnirinin püşkatma mərasimi keçirilib.
Medianews.az xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən idmançılarımızın ilk rəqibləri müəyyənləşib.
Dünya Cüdo Turuna daxil olan yarışda Azərbaycan 4 çəki dərəcəsində 6 cüdoçu ilə təmsil olunacaq. Turnirdə 34 ölkədən 240 idmançı mübarizə aparacaq.
1-3 may tarixlərində keçiriləcək Düşənbə Böyük Dəbilqəsinin təsnifat mərhələsi saat 11:00-da, final bloku isə saat 16:00-da start götürəcək . Yarışın görüşləri "JudoTV" və "CBC Sport"dan canlı yayımlanacaq.
Kişilər
-60 kq, 1/8 final
Murad Muradlı – Yan Motoli Bonqambe (Fransa) / Muhammadcon Maşaripov (Özbəkistan) cütünün qalibi ilə
-66 kq, 1/8 final
Nizami İmranov – Yerdaulet Bozşa (Qazaxıstan)
İslam Rəhimov – Nursultan Zayzaqaliyev (Qazaxıstan)
-73 kq, 1/8 final
Rəşid Məmmədəliyev – Binyomin Nazirov (Tacikistan) / Vlad Mitru (Moldova) cütünün qalibi ilə
+100 kq, 1/8 final
Uşanqi Kokauri – Mohammadpuria Banaeyan Tolki (İran)
Camal Qamzatxanov – Yovan Pekoviç (Monteneqro)//Operativ Media