Medianews.az
Dəhşət: Qaz balonu açdı -
119 baxış

Dəhşət: Qaz balonu açdı - Qadınlar pəncərədən tullandı

Kareliya Respublikasında iki qadını hədələyən və onlardan birini döyən şəxs hakim qarşısına çıxacaq.

Medianews.az xəbər verir ki, hadisə Medvejyegorsk şəhərində baş verib.

Sərxoş vəziyyətdə olan kişi qonşuluqda yaşayan iki qadına birlikdə vaxt keçirməyi təklif edib. Qadınlar onun təklifini qəbul etmədikdə, o, qaz balonunu açaraq mənzilə qaz buraxıb.

Qəfil təhlükə ilə üzləşən qadınlar özlərini xilas etmək üçün pəncərədən tullanmağa məcbur olublar. Bundan sonra kişi onları təqib edib. O, qadınlardan birinə çataraq onu döyüb və ölümlə hədələyib.

Hadisə ilə bağlı həmin şəxs barəsində zorakılıq tətbiq etməklə xuliqanlıq maddəsi üzrə cinayət işi açılıb. Məlumata görə, məhkəmə baxışı iyunun 10-na təyin edilib.

Medianews.az

Bizə qoşulun