Medianews.az
Donald Trumpdan jurnalistə sərt reaksiya:
163 baxış

Donald Trumpdan jurnalistə sərt reaksiya: “Sən ağılsızsan” - VİDEO

Donald Trump jurnalistlə mətbuat konfransında ABŞ-də Ağ evdə yerləşən bal zalının (White House ballroom) genişləndirilməsi ilə bağlı açıqlaması zamanı gərginlik yaşayıb.

Medianews.az xəbər verir ki, ABŞ Prezidenti zalın ölçüsünün iki dəfə artırıldığını bildirərkən bir jurnalist xərclərin də artdığını qeyd edib.

Bu sualdan sonra Trump kəskin reaksiya verərək jurnalisti tənqid edib və sərt ifadələr işlədib.

“Ölçüsünü iki dəfə artırdım, sən isə bunu anlamırsan. Sən ağılsız adamsan”, – deyə Trump bildirib.

Hadisə mətbuat konfransı zamanı gərgin anlara səbəb olub və sosial mediada geniş müzakirə edilib.

Medianews.az

Bizə qoşulun