Aparıcı Elgiz Əkbər artıq ARB televiziyası ilə yollarını rəsmən ayırıb, kollektivlə xudahafizləşib.
Elgizin ARB-dən ayrılmasından sonra onun cəlb etdiyi sponsorlar da artıq kanalla əməkdaşlığını dayandırdığını bildirib.
Qeyd edək ki, həftə içi hər gün yayımlanan “Elgizlə izlə” verilişi bir həftədir fəaliyyətini dayandırıb.
Xatırladaq ki, bir neçə gün əvvəl aparıcı Tarix Əliyevin “Tarixin bir günü” verilişi də bağlanmışdı./Lent.az/