Medianews.az
Emin Əmrullayevdən məktəb direktorları ilə bağlı
94 baxış

Emin Əmrullayevdən məktəb direktorları ilə bağlı AÇIQLAMA

“Bizim sistemimizdə olan problemlərin həlli uzun yol tələb edir. Məsələn, məktəb direktoru problemini həll etməliyik. Bizim üçün əsas məsələlərdən biri müəssisə rəhbərlərini seçmək, uyğun adamları tapmaq, onları müəssisə rəhbəri təyin etməkdir”.

Bu fikirləri “Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbirdə elm və təhsil naziri Emin Əmrullayev bildirib.

Nazir qeyd edib ki, hər yaxşı müəllimdən mütləq yaxşı direktor olacaq deyə bir şey yoxdur:

“Mən həmişə deyirəm ki, biz bir çox halda yaxşı müəllimlərimizi direktor təyin edirik. Nəticədə isə təhsil sistemi üçün iki mənfi hal olur: bir yaxşı müəllim azalır, bir pis direktor artır. O nöqteyi-nəzərdən, çox vacibdir ki, məktəblərimizin idarəetməsində bacarıqlı, vicdanlı, düzgün, savadlı insanlar olsun. Biz anlayırıq ki, yaxşı direktor üçün mütləq yaxşı direktor müavinlərimiz olmalıdır. Amma problem ondadır ki, biz zaman etibarilə heç direktor müavini seçimimizi də cilalamamışıq. Yaxşı direktor müavini olması üçün yaxşı metodistlər olmalıdır. Yaxşı metodistlər yaxşı müəllimlərdən seçilməlidir”.

Bizə qoşulun