Türkiyədə 13 yaşlı C.T. küçədə yaranan mübahisə zamanı tanışı 16 yaşlı Onur Yılmazı bıçaqlayıb.
Medianews.az xəbər verir ki, hadisə Manisa vilayətində baş verib.
Yaralı yeniyetmə təcili olaraq xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra şübhəli ərazidən qaçıb. Polis faktla bağlı araşdırmaya başlayıb. 13 yaşlı C.T.-nin saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.