Medianews.az
Vurduğu qolu ana bətnində
94 baxış

Vurduğu qolu ana bətnində ÖLƏN KÖRPƏSİNƏ HƏSR ETDİ

Niderland yığmasının hücumçusu Kodi Qakpo Mərakeş komandasının qapısından keçirdiyi topu doğulmamış oğluna həsr edib.

Medianews.az xəbər verir ki, Qakpo və onun sevgilisi Noa van der Biy mayda ikinci övladlarının olacağını açıqlamışdılar.

Körpənin oktyabrda dünyaya gələcəyi gözlənilirdi. Lakin Niderland-Mərakeş qarşılaşmasından bir gün əvvəl futbolçunun xanımının bətnindəki körpəsi tələf olub.

1/16 final mərhələsindəki matçda hesabı açan forvard diz çökərək ağlayıb. Bu ağır anlarda bütün komanda yoldaşları ona dəstək olublar.

Qeyd edək ki, futbol üzrə dünya çempionatının (DÇ-2026) 1/16 final mərhələsi çərçivəsində baş tutan həmin matçda Mərakeş seçməsi penaltilər seriyasında Niderland yığması üzərində qələbə qazanıb.//Oxu.Az

Bizə qoşulun