Milli Gimnastika Arenasında UFC Fight Night: Fiziev vs. Torres turniri ərəfəsində döyüş həftəsinin ən həyəcanlı tədbirlərindən biri – təntənəli çəkiölçmə və üz-üzə gəlmələr baş tutub.
Medianews.az bildirir ki, azarkeşlərin iştirakı ilə keçirilən çəkiölçmədən sonra döyüşçülərin üz-üzə gəlmələri təşkil olunub. Tədbir tribunalarda böyük coşqu və maraqla qarşılanıb.
Azərbaycanlı döyüşçü Rafael Fiziyev qarşılaşmada qələbə qazanacağına inandığını bildirib və azarkeşlərə qalibiyyət sözü verib.
UFC Fight Night: Fiziev vs. Torres turniri iyunun 27-də Milli Gimnastika Arenasında keçiriləcək. Biletləri iticket.az saytından əldə etmək mümkündür.