Bakıda keçirilən UFC Fight Night turniri öncəsi təşkil olunan təntənəli çəkiölçmə və üz-üzə gəlmə mərasimində döyüşçülər arasında gərgin anlar yaşanıb.
Medianews.az bildirir ki, Şarabutdin Maqomedov və Mişel Pereyra üz-üzə gələn zaman tərəflər arasında gərginlik diqqət çəkib.
Milli Gimnastika Arenasında baş tutan tədbir azarkeşlərin böyük marağına səbəb olub.
UFC Fight Night: Fiziev vs. Torres turniri iyunun 27-də keçiriləcək. Biletləri iticket.az saytından əldə etmək mümkündür.