Medianews.az
Tokayevdən Azərbaycan səfiri ilə bağlı xüsusi QƏRAR
151 baxış

Tokayevdən Azərbaycan səfiri ilə bağlı xüsusi QƏRAR

Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov diplomatik missiyasının başa çatması ilə əlaqədar bu ölkənin ali dövlət mükafatlarından biri ilə təltif edilib.

Medianews.az xəbər verir ki, Qazaxıstanın xarici işlər naziri Yermek Koşerbayev diplomatik fəaliyyəti başa çatan Azərbaycan səfiri Ağalar Atamoğlanovu qəbul edib.

Qazaxıstan XİN-in məlumatına görə, nazir ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsindəki səmərəli fəaliyyətinə görə azərbaycanlı diploma təşəkkür edib. İki ölkə arasında strateji tərəfdaşlığın yüksək səviyyəsini qeyd edən Y.Koşerbayev qarşılıqlı faydalı əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

"Diplomatik fəaliyyətiniz dövründə Siz Azərbaycanı layiqincə təmsil etdiniz və ölkələrimiz arasında çoxtərəfli əməkdaşlığın möhkəmlənməsinə mühüm töhfə verdiniz. Siz Qazaxıstan-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qaldırılmasının birbaşa iştirakçısı oldunuz", - deyə nazir bildirib.

Səfir Ağalar Atamoğlanov missiyası müddətində ona göstərilən hərtərəfli dəstəyə görə Qazaxıstan tərəfinə minnətdarlığını ifadə edib.

Görüşün sonunda nazir Yrmek Koşerbayev Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin adından səfir Ağalar Atamoğlanova iki ölkə arasında mehriban qonşuluq münasibətlərinin və hərtərəfli strateji tərəfdaşlığın inkişafındakı böyük töhfələrinə görə II dərəcəli "Dostluq" ("Dostık") ordenini təqdim edib./Musavat.com

Bizə qoşulun