Medianews.az
600 milyon dollarlıq narkotik yandırıldı
148 baxış

600 milyon dollarlıq narkotik yandırıldı

Myanma hakimiyyətinin göstərişi ilə ölkənin iri şəhərlərində hüquq-mühafizə orqanları tərəfindən müsadirə edilmiş ümumilikdə 50 tondan çox narkotik vasitə məhv edilib.

Yandırılan heroin, tiryək, ketamin, metamfetamin və marixuananın ümumi dəyəri təxminən 600 milyon dollar qiymətləndirilir.

Yanqon polisinin məlumatına görə, məhv edilən narkotik vasitələrin ümumi dəyəri ötən illə müqayisədə iki dəfə çoxdur. Təkcə ölkənin ən böyük şəhəri Yanqonda 321 milyon dollar dəyərində narkotik vasitə yandırılıb.

Xatırladaq ki, ilin əvvəlində Myanma rəsmiləri son beş il ərzində ümumi dəyəri 2.8 milyard dollar olan narkotik vasitələrin müsadirə edildiyini açıqlamışdılar./Oxu.Az

Bizə qoşulun