Portuqaliyalı futbolçu Jota Oliveyra karyerasını Azərbaycanda davam etdirəcək.
Medianews.az Fanat.az-a istinadla xəbər verir ki, sözügedən ölkənin 3-cü liqasında çıxış edən "San Juan Ver" klubu ilə müqaviləsinin müddəti başa çatmış cinah müdafiəçisi "Şamaxı" ilə anlaşıb.
Ölkəsinin U-18 yığmasında çıxış etmiş 25 yaşlı futbolçu tibbi müayinədən keçəndən sonra "aslanlar"la müqavilə bağlayacaq.
Xatırladaq ki, "Şamaxı" yeni mövsümə "Kəpəz"in sabiq çalışdırıcısı Azər Bağırovun rəhbərliyi altında hazırlaşır.