Birazdan Milli Gimnastika Arenasında UFC Fight Night: Fizievvs. Torres turniri ərəfəsində ən həyəcanlı və yaddaqalan tədbirlərindən biri – Təntənəli Çəkiölçmə və Üz-üzə Gəlmələr baş tutacaq.
Medianews.az bildirir ki, təntənəli çəkiölçmə UFC turnirlərinin ayrılmaz hissəsi olmaqla yanaşı, döyüş həftəsinin ən emosional anlarından biri hesab olunur. Məhz burada döyüşçülər oktaqona çıxmazdan əvvəl son dəfə üz-üzə gəlir, baxışları və son sözləri ilə döyüşüngərginliyini daha da artırırlar.