Medianews.az
Hasan Canın narkotik testinin nəticəsi
51 baxış

Hasan Canın narkotik testinin nəticəsi açıqlandı

Türkiyənin ən məşhur komediyaçılarından biri olan Hasan Can Kaya haqqında irəli sürülən narkotik istifadəsi iddiaları rəsmi tibbi hesabatla təkzib olunub. Aparılan genişmiqyaslı analizlərin nəticəsi neqativ çıxaraq, sənətçinin qanında heç bir qadağan olunmuş maddə aşkarlanmadığını sübut edib.

Medianews.az milli.az-a istinadən xəbər verir ki, sosial mediada və bəzi xəbər platformalarında Hasan Can Kayanın narkotik maddələrdən istifadə etdiyinə dair iddialar yayılmışdı. Bu iddialar sənətçinin həm nüfuzuna, həm də davam edən layihələrinə mənfi təsir göstərməyə başlamışdı.

İddialardan dərhal sonra Hasan Can Kaya könüllü olaraq xəstəxanaya müraciət edərək analiz verib.

Məşhur komediyaçı daha əvvəl də bu cür xəbərlərin tamamilə əsassız olduğunu və onu qaralamaq məqsədi daşıdığını bildirmişdi. Hesabatın açıqlanması ilə sənətçinin vəkillərinin bu yalan xəbərləri yayanlara qarşı hüquqi müstəvidə addımlar atacağı gözlənilir.

Bu hadisənin onun karyerasına mane olmasına imkan verməyən Hasan Can Kaya "Konuşanlar" proqramının çəkilişlərinə və digər layihələrinə eyni tempdə davam edir.

Bizə qoşulun