Medianews.az
Həbs edilən keçmiş hakim
119 baxış

Həbs edilən keçmiş hakim azadlığa buraxıldı

Məşhurları hədəf alan narkotik və fahişəlik istintaqı çərçivəsində həbs edilən keçmiş hakim Elif Karaarslanın azadlığa buraxıldığı məlum olub.

Medianews.az xəbər verir ki, həbsdən çıxdıqdan sonra Karaarslan sosial media hesabında diqqət çəkən paylaşımlar edib.

O, əvvəlcə ağ ürək və ağ göyərçin emojiləri paylaşaraq, daha sonra "Allah heç kimi belə vəziyyətə salmasın" sözləri ilə izləyicilərinə müraciət edib.

Keçmiş hakim daha sonra İstanbulun Kuruçeşmə ərazisindən etdiyi paylaşımlarla da sosial şəbəkə istifadəçilərinin diqqətini cəlb edib. Onun paylaşımları qısa müddətdə yüzlərlə şərh və bəyənmə toplayıb.

Elif Karaarslan daha əvvəl sosial mediada yayılan iddialar səbəbindən Türkiyə futbol ictimaiyyətinin gündəminə gəlmişdi. Türkiyə Futbol Federasiyasının qərarı və Arbitraj Şurasının təsdiqi ilə Karaarslan və müşahidəçi Orhan Erdemir ömürlük hakimlikdən uzaqlaşdırılmışdı.

İddiaları qəbul etməyən Karaarslan daha sonra hüquqi prosesə başladığını açıqlamış və fəaliyyətini sosial media məzmunu istehsalçısı kimi davam etdirmişdi.

Keçmiş hakimin pullu abunə sistemi vasitəsilə yüksək gəlir əldə etdiyi barədə iddialar da uzun müddət Türkiyə ictimaiyyətində geniş müzakirələrə səbəb olmuşdu.

Medianews.az




Bizə qoşulun