Medianews.az
15 milyonluq lüks avtomobil sınaq sürüşündə qəzaya düşdü -
106 baxış

15 milyonluq lüks avtomobil sınaq sürüşündə qəzaya düşdü - FOTOLAR

Türkiyənin İstanbul şəhərinin Kağıthane rayonunda təxminən 15 milyon lirə dəyərində lüks avtomobilin iştirakı ilə baş verən qəza böyük rezonans doğurub.

Medianews.az xəbər verir ki, hadisə iyunun 26-da axşam saatlarında baş verib.

İddialara görə, avtomobil sahibi Bahadır G. lüks nəqliyyat vasitəsini ötürücü qutusundakı nasazlığın aradan qaldırılması üçün təmir sexinə təhvil verib.

Nasazlıq aradan qaldırıldıqdan sonra təmir sexinin sahibi Erdal A. avtomobili sınaq sürüşünə çıxarıb. Bu zaman onun sürəti artıraraq sükan idarəetməsini itirdiyi və başqa bir avtomobilə çırpıldığı bildirilir. Zərbənin təsirindən avtomobil yol kənarındakı işıq dirəyinə çırpılaraq aşıb. Qəza nəticəsində digər avtomobilin sürücüsü Caner K. xəsarət alıb.

Hadisədən sonra Erdal A.-nın qəza yerindən qaçdığı qeyd olunub. Polis təhlükəsizlik kameralarının görüntülərini araşdırdıqdan sonra lüks avtomobili küçədə tərk edilmiş vəziyyətdə aşkar edib və sürücünün təmir sexinin sahibi olduğunu müəyyənləşdirib.

Araşdırma nəticəsində Erdal A.-ya sürücülük vəsiqəsi olmadan avtomobil idarə etmək, qaydaları pozmaq, qanunsuz şüşə qaraltmaq və qəza yerini tərk etmək kimi pozuntulara görə ümumilikdə 174 min 719 türk lirəsi məbləğində cərimə tətbiq olunub.

Avtomobilin sahibi Bahadır G. isə sürücülük vəsiqəsi olmayan şəxsə avtomobili idarə etməyə icazə verdiyi üçün 40 min türk lirəsi cərimələnib.

Təxminən 15 milyon lirə dəyərində olan lüks avtomobil 30 gün müddətinə müsadirə edilib. Qəza anı və sürücünün hadisə yerindən qaçması ərazidəki təhlükəsizlik kameraları tərəfindən də qeydə alınıb.

Medianews.az







Bizə qoşulun