Medianews.az
Meşəlik ərazidə qanunsuz tikilən
130 baxış

Meşəlik ərazidə qanunsuz tikilən obyekt söküldü

Qəbələ Rayon İcra Hakimiyyətinin və müvafiq qurumların əməkdaşları rayon ərazisində qanunsuz fəaliyyət göstərən iaşə obyektlərinin aşkar edilməsi məqsədilə birgə baxış-reydlər keçiriblər.

Medianews.az xəbər verir ki, şəhər ərazisində qanunsuz fəaliyyət göstərən iaşə obyektlərinin fəaliyyətinin qarşısı alınıb.

Bildirilib ki, şəxsi mülkiyyətlərində olmayan torpaq sahələrində özbaşına tikinti işlərinin aparılması, torpaq sahələrinin zəbt olunaraq hasarlanması və müxtəlif məqsədlər üçün istifadəsi yolverilməzdir. Belə hallar aşkar edildiyi təqdirdə, həmin obyektlərin fəaliyyəti dərhal dayandırılacaq.

Bizə qoşulun