Həkim-terapevt Anna Furgal səhərlər acqarına soyuq su içməyin mədə-bağırsaq sisteminə zərər verə biləcəyini bildirib.
Medianews.az xəbər verir ki, mütəxəssis bu barədə TASS-a açıqlamasında danışıb.
Həkimin sözlərinə görə, acqarına, xüsusilə də buzlu su içilməsi mədədə spazma səbəb ola bilər və həzm prosesini poza bilər. O qeyd edib ki, orqanizm soyuq mayeni isitmək üçün əlavə enerji sərf edir, bu isə həzm sisteminin normal fəaliyyətinə mənfi təsir göstərə bilər.
Bundan əlavə, Furgal səhərlər mütəmadi olaraq soyuq su içməyin diş minasına da zərər verə biləcəyini vurğulayıb.
Mütəxəssis səhərlər otaq temperaturunda və ya ilıq su içməyi, həmçinin zəif yaşıl və ya qara çay, bitki dəmləmələri və quru meyvə kompotunu tövsiyə edib.
Medianews.az