Hizbullah hərəkatı iki gün əvvəl Livanın şərqindəki Bekaa Vadisi bölgəsində İsrail hərbi pilotsuz təyyarəsini vurduğunu açıqlayıb.
Bu barədə “Əl-Cəzirə” məlumat yayıb.
Hərəkat yaydığı bəyanatda ilk dəfə olaraq İsrail ordusuna məxsus Heron-1 kəşfiyyat və zərbə dronunun vurulduğunu elan edib.
İsrail ordusu məlumatla bağlı açıqlama verməyib./axar.az