Medianews.az
Orta məktəb şagirdi “Son zəng” günü vəfat edib
194 baxış

Orta məktəb şagirdi “Son zəng” günü vəfat edib

Azərbaycanda orta məktəb şagirdi “Son zəng” günü vəfat edib.

Hadisə Biləsuvar rayonunda baş verib.

Rayonun Nemət Sultanov adına Dərvişli kənd tam orta məktəbinin 9-cu sinif şagirdi Həsənli Səkinə Əlizadə qızı dünyasını dəyişib. 

Onun ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, ötən gün – iyunun 13-də Azərbaycan məktəblərində “Son zəng” tədbirləri keçirilib./“Yeni Sabah”

Bizə qoşulun