Medianews.az
Kremlin büdcəsi tamamilə müharibəyə gedir -
189 baxış

Kremlin büdcəsi tamamilə müharibəyə gedir - ŞOK DETALLAR

Almaniyanın Beynəlxalq Təhlükəsizlik Problemləri İnstitutunun elmi işçisi, hərbi ekspert Yanis Klüge rəsmi rəqəmlər əsasında apardığı hesablamalarla qorxulu maliyyə mənzərəsini ortaya qoyub.

Ekspertin araşdırmasına görə, Rusiya Ukraynadakı müharibəyə hər gün rekord həddə – 65 milyard rubl (təxminən 897 milyon dollar), hər saatda isə təxminən 2,7 milyard rubl (təxminən 37,2 milyon dollar) vəsait xərcləyir.

Məlumatda vurğulanır ki, 2026-cı ilin birinci rübündə Kremlin hərbi xərcləri ağlasığmaz dərəcədə artaraq 5,9 trilyon rubla (təxminən 81,4 milyard dollar) çatıb və bu, dövlət büdcəsindən çıxan hər iki rubldan birinin məhz müharibəyə getdiyini sübut edir.

Müharibənin başladığı 2022-ci ilin birinci rübü ilə müqayisədə hazırkı xərclər düz 4,6 dəfə artıb. Rusiyanın müharibə meydanında gündəlik xərclədiyi 65 milyard rublluq məbləğ ölkənin bəzi bütöv regionlarının, məsələn, illik büdcəsi 69 milyard rubl olan Novqorod və ya 61 milyard rubl təşkil edən Oryol vilayətinin bir illik ümumi büdcəsi ilə müqayisə oluna bilər./Musavat.com

Bizə qoşulun