Medianews.az
“İndi sağ əlimlə zərbəm daha güclüdür”
149 baxış

“İndi sağ əlimlə zərbəm daha güclüdür”

Dördqat "Böyük Dəbilqə" çempionu və dünya birincisi, belaruslu tennisçi Arina Sabalenka nişan üzüyünü çıxarmadan matç oynamaqla bağlı sualı cavablandırıb.

Medianews.az İdman.Biz-ə istinadən bildirir ki, Sabalenka bunun ona mane olmadığını deyib.

"Heç mane olmur. Hər şey əladır. Sağ əlimlə zərbəm indi daha güclüdür", - Sabalenka bildirib.

Tennisçi həmçinin toy tarixinin məlum olmadığını söyləyib.

Martın əvvəlində yunan əsilli braziliyalı iş adamı Georgios Franqulis Sabalenkaya evlilik təklifi edib. Sabalenka təklifi qəbul edib. Cütlük 2024-cü ildən bəri görüşür.

Bizə qoşulun